Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Füzuli - Saqinamə

Məhəmməd Füzuli - Saqinamə
Sakura

Məhəmməd Füzuli - Saqinamə

Saqi , mədəd et ki , dərdməndəm !
Ğəm silsiləsinə payibəndəm .
Ğəm dəf`inə cami-mey dəvadır ,
Tədbiri – ğəm eyləmək rəvadır .
Səndən nə inayət olsa vaqe ,
Fikr etmə ki , məndə ola zae . 
Mən bir sədəfəm , sən əbri- niysan ,
Ver qətrəvü al dürri – ğəltan ,
Sənsən xurşudi mən siyəh xak ,
Ver arəşü al cəvahiri-pak .
Rəhm et ki , ğəribü xakisarəm ,
Bimunisü yarü ğəmküsarəm .
Ol bir neçə həmdəmi-müvafiq ,
Yə`ni şüərayi – dövri – sabiq ,
Tədric il gəldilər cəhanə ,
Dövran olari müəzzəm etdi ,
Hər dövr birin mükərrəm etdi .
Hər birinə hami oldu bir şah ,
Zövqi – süxənindən oldu agah.
Türkü ərəbü əcəmdə əyyam ,
Hər şairə vermiş idi bir kam .
Şad etmiş idi Əbunəvası ,
Harun xəlifənin ətası .
Bulmuşdu səfayi – dil Nizami ,
Şirvanşahə düşüb girami .
Olmuşdu Nəvaiyi – süxəndan ,
Mənzuri – şəhənşəhi – Xorasan ,
Söz gövhərinə nəzər salanlar ,
Gəncinə verib gühər alanlar ,
Çün qalmadı , qalmadı fəsahət ,
Ərbabi – fəsahət içrə rahət .
Ol taifə çəkdi xirqəyə baş ,
Halətlərin etməz oldular faş .
Ta olmaya rəsmi-şe`r məfdud ,
Əbvabi-fünuni-nəzm məsdud ,
Lazım mənə oldu hifzi-qanun ,
Naçar , tutub təriqi – namus ,
Rahətdən olub müdam mə`yus,
Əhdi sözə istivar qıldım ,
Əş`ar demək şüar qıldım .
Çün xəlqə xilafi – müddəayəm ,
Onlar zə`mincə süst rə`yəm .
Hər söz ki , gəlir zühurə məndən ,
Min tə`nə bulur hər əncüməndən .
Eylər həsəd əhli baglayib kin ,
Təhsin əvəzinə nəfyü nifrin .
Ummid ki , rəf olub küdurət ,
Təğyirpəzir ola bu surət .
Ol qövm bu gülşənə girəndə ,
Bu gülşən içində gül dərəndə
Gül tazə idivü səbzə növxiz ,
Tərpəndikcə nəsimi – gülriz
Onlar gülü dərdilər , məni-zar
Hala dilərəm dərəm xəsü xar .
Bu bəzmə olar verəndə təzyin
Mey saf idi , bəzm həm növayin .
Mey safi olara oldu ruzi ,
Qaldi mənə daği-dürd suzi .
Bu dürdə mən olmuşam həvaxah ,
Bir nəş`ə verərmi , bilməzəm , ah !

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR