Dərc edildi: Baxış sayı: 752
Məhəmməd Füzuli - Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil
Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil
Kim, məhü xürşiddən bulmuş təmənnasın Xəlil.
Olsa iste’dadi-arif qabili-idraki-vəhy,
Əmri-həq irsalına hər zərrədir bir Cəbrəil.
Hər kimin təqdirdən məqsudi öz qədrincədir,
Əhli-eşq istər zülali-vəsl, zahid Səlsəbil.
Cənnətə zahid bilir can vermədən yetməz, vəli,
Canə qımaz, öz təmənnasındadır miskin bəxil.
Ey qılan izhari-zillət, müjdeyi-izzət sənə
Kim, bu dərgəhdə müqərrərdir əziz olmaq zəlil.
Və’deyi-vəslin məni salmış xəyali-zülfünə
Kim, dilər tuli-əməl sərmayeyi-əmri-təvil.
Ey Füzuli, xublər zikri-cəmalilə xoşam,
Şükr kim, kəsb etmişəm aləmdə bir zikri-cəmil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət