Dərc edildi: Baxış sayı: 897
Məhəmməd Füzuli - Qəbrim daşına kim, qəm odundan zəbanədir
Qəbrim daşına kim, qəm odundan zəbanədir.
Tən oxun atma kim, xətəri çox nişanədir.
Eylər qədəh zəmanə qəmin dəf qaliba
Dövri-qədəh müxalifi-dövri-zəmanədir.
Qaldırdı əşk dün məni ol asitanədən
Kim, məqsədim mənim dəxi ol asitanədir.
Vaiz sözünə tutma qulaq, qafil olma kim,
Qəflət yuxusunun səbəbi ol fəsanədir.
Nəzr etmişəm fəraqinə kim, yox nihayəti,
Nəqdi-sirişkimi ki, tükənməz xəzanədir.
Can verməyimmi qürbətə kim bimi-tənədən,
Yadi-vətən fəğanıma sənsiz bəhanədir.
Ey dil, həzər qıl atəşi-ahinlə yanmasın
Cismim ki, dərd quşlarına aşiyanədir.
Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət