Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Füzuli - Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək

Məhəmməd Füzuli - Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək
Sakura

Məhəmməd Füzuli - Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək

Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək,
Sakin olmaq seyrdən yey, nöqteyi-pərgar tək.

Ün verir can riştəsi, xəm qamətimdən çəksəm ah,
Yel dəgib çəng üstidə, avazə gəlmiş tar tək.

Sinəmi ney oxların dəldi dəm urduqca könül,
Ün verir hər bir dəlikdən nalə musiqar tək.

Arizin üstə xəmi-zülfün anıb, dün ta səhər,
Dolanırdım hər tərəf odlarə düşmüş mar tək.

Cismi-zarım tiği-bidadindən oldu çak-çak,
Tünd sudən rəxnələr peyda qılan divar tək.

Bilməyib behbudimi cövründən etdim ictinab,
Təlx şərbətlərdən ikrah eyləyən bimar tək.

Xatirin cəm’ eylədin, əhli-vəfa könlün pozub,
Bir imarət yapmağa min ev yıxan me’mar tək.

Bibəqadır nəş’eyi-mey, zövqin etdim imtəhan,
Hiç zövqi-baqi olmaz nəş’eyi-didar tək.

Ey Füzuli, xatiri-əhli-səfa ayinədir,
Çərx cövründən əsər, ayinədə jəngar tək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR