Dərc edildi: Baxış sayı: 1101
Məhəmməd Füzuli - Dostum, aləm səninçin gər olur düşmən mana
Dostum, aləm səninçin gər olur düşmən mana,
Qəm deyil, zira yetərsən dust ancaq sən mana.
Eşqə saldım mən məni, pənd almayıb bir dustdən,
Hiç düşmən eyləməz onu ki, etdim mən mana.
Canü tən olduqca, məndən dərdi qəm əskik deyil,
Çıxsa can, xak olsa tən, nə can gərək, nə tən mana.
Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən,
Zülməti-hicr etdi çox tarik işi rövşən mana.
Dudü əxkərdir mana sərv ilə gül, ey bağiban!
Neylərəm mən gülşəni, gülşən sana, külxən mana.
Qəmzə tiğin çəkdi ol məh, olma qafil, ey könül
Kim, müqərrərdir bu gün ölmək sana, şivən mana.
Ey Füzuli, çıxsa can, çıxman təriqi-eşqdən,
Rəhgüzari-əhli-eşq üzrə qılın mədfən mana!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət