Dərc edildi: Baxış sayı: 1940
Məhəmməd Füzuli - Dəhənin dərdimə dərman dedilər cananın
Dəhənin dərdimə dərman dedilər cananın,
Bildilər dərdimi, yoxdur dedilər dərmanın.
Olsa məhbublərin eşqi cəhənnəm səbəbi,
Hurü qilmanı qalır kəndisinə rizvanın.
Keçdi meyxanədən el, məsti-meyi-eşqin olub,
Nə mələksən ki, xərab etdin evin şeytanın?
Vurmazam sihhət üçün mərhəm oxun yarəsinə,
İstərəm çıxmaya zövqi-ələmi-peykanın.
Nə bilir oxumayan müshəfi-hüsnün şərhin,
Yerə göydən nə üçün endiyini Quranın.
Yerdən, ey dil, göyə qavmuşdu sirişkin mələki,
Onda həm qoymayacaqdır oları əfğanın.
Ey Füzuli, olubam ğərqeyi-girdabi-cünun,
Gör nə qəhrin çəkirəm dönə-dönə dövranın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət