Dərc edildi: Baxış sayı: 262
Bu il neçə üçəm doğulub?
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 68129 doğulan körpə qeydə alınıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,0-a düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 2252-si əkiz, 96-sı üçəm və 4-ü isə dördəm doğulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət