Dərc edildi: Baxış sayı: 764
Məhəmməd Füzuli - Canımın cövhəri ol ləli-gühərbarə fəda
Canımın cövhəri ol ləli-gühərbarə fəda ,
Ömrümün hasili ol şiveyi-rəftarə fəda .
Dərd çəkmiş başım ol xali-siyəh qurbanı ,
Tab görmüş tənim ol türreyi-tərrarə fəda .
Gözlərimdən saçılan qətreyi-əşkim gühəri ,
Ləblərindən tökülən lölöi-şəhvarə fəda .
Çak sinəmdə olan qanlı cigər parələri
Məst çeşmində olan ğəmzeyi-xunxarə fəda.
Parə-parə dili-məchuri-pərişanımdan ,
Səri-kuyində olann hər itə bir parə fəda .
Canü dil qeydini çəkməkdən özüm qurtardım ,
Canı cananəyə etdim, dili dildarə fəda .
Ey Füzuli, nola gər saxlar isəm canı əziz ,
Vəqf ola kim, ola ol şuxi-sitəmkarə fəda ...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət