Dərc edildi: Baxış sayı: 719
Məhəmməd Füzuli - Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc
Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc,
Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc.
Qılma, ey əfqan, gözün bidar, məsti-xab ikən,
Olmaya bir fitnə peyda ola, bidar eyləgəc.
Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim,
Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc.
Varımı fikri-dəhanınla yox etdim kim, qəza
Böylə əmr etmiş mana, yoxdan məni var eyləgəc.
Ərzi-rüxsar et bu gün, ey məh, güm olsun göydə gün,
Öylə kim əncüm olur, gün ərzi-rüxsar eyləgəc.
Hər zəban bir tiğıdir guya Züleyxa qətlinə,
Yusifi almaqda əhli-eşq bazar eyləgəc.
Naleyi-zarım, Füzuli, xoş gəlir ol gülrüxə,
Açılır gül könlü bülbül naleyi-zar eyləgəc.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət