Dərc edildi: Baxış sayı: 774
Məhəmməd Füzuli - Aftabi-tələtin tutduqca övci-irtifa
Af’tabi-təl’ətin tutduqca övci-irtifa’,
Qətli-əhli eşqə tiği-qəmzədir ondan şüa’.
Dəşt tutmaq adətin qoymuşdu Məcnun eşqdə,
Şöhreyi-şəhr olmağın rəsmin mən etdim ixtira’.
Zərq dəryasında bir xaşakdır kim, cizginir
Sufiyi-şəyyad kim, dövran tutub eylər sima’.
Keçdigim dünyavü üqbadən səninçün oldu faş,
Doğru derlər: “küllü sirrin cəvəzəl-isneyni şa”.
Ol büti-sərkəş gəlir, salmış cəmalından niqab,
Ey səlamət əl-firaq, ey əqlü iman, əlvida.
Canü dil bir ömrdür tiğinçün eylərlər cədəl,
Girmədən tiğin sənin ortayə, qət’ olmaz niza’.
Ey Füzuli, axirət mülkünə lazımdır səfər,
Böylə fariğ, təqvadən mühəyya qıl məta’.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət