Dərc edildi: Baxış sayı: 517
Məhəmməd Əmin Dilsuz - Sənə mənzil cahanda, ey Fəlatun, Dilməqan olmuş
Sənə mənzil cahanda, ey Fəlatun, Dilməqan olmuş,
Mənim darün-nişat içrə işim ahü fəğan olmuş.
Misali-əndəlibəm düşmüşəm mən ayrı gülşəndən,
Gül üzlüm, firqətindən bu əlif qəddim kəman olmuş.
Çıxan gündən yəqin et xitteyi-Təbrizdən guya
Dağılmış zülmdən bu xaneyi-eyşim, viran olmuş.
Gecəm il, gündüzüm qarə, kəsim yox, həmdəmim nalə -
Ki, bir badi-səba guya mənimlə həmzəban olmuş.
Xəyal etmə deyil Təbrizdə sən gördüyün Dilsuz,
Çəkib əzbəs qəmü möhnət, bu yerdə nimcan olmuş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət