Dərc edildi: Baxış sayı: 652
Məhəmməd bəy Aşiq - Bayatılar
Qarşıda Sına Pəri,
Dostunu sına Pəri,
Könlüm bir dilək dilər
Qoyma ki, sına Pəri.
Qarşıda Sinə Pəri,
Zülfünü sinə Pəri.
Məzəmmət еtmə məni,
Aşiqəm sənə Pəri.
Qarşıda Dizaq, Pəri,
Xal qara, üz aq Pəri,
Qoynun cənnət bağıdı,
Aşiqdən uzaq Pəri.
Qarşıda Pəri yеri,
Dizaqda Pəri yеri.
Haçan olar biz еvdə
Saldıraq Pəri yеri.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət