Slimfit
  1. BİOQRAFİYA

Mehdiqulu xan Vəfa

Mehdiqulu xan Vəfa
Sakura

Mehdiqulu xan Xasay xan oğlu Usmiyev - azərbaycanlı hərbiçi, çar ordusunun podpolkovniki

Mehdiqulu xan Vəfa — azərbaycanlı hərbiçi, çar ordusunun podpolkovniki. Mehdiqulu xan Vəfa 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Anası ona babasının (Mehdiqulu xan Cavanşir) adını vermişdir. Ailə təlim-tərbiyəsi almış, Çar ordusunda xidmət etmişdir.

Mehdiqulu xan Xasay xan oğlu Usmiyev 1895-ci il fevralın 26-ında podpolkovnik rütbəsinə yüksəlir. O məşhur şairə Xurşidbanu Natəvanın böyük oğludur. 1874-cü ildə Peterburqdakı zədagən balalarına məxsus Paj hərbi korpusunda təhsil alıb. Rus-türk müharibəsi (1877-1878) illərində Dunay ordusunun sıralarında süvari alayının komandiri olmuşdur.

1999-cu ildə Gürcüstan Dövlət Arxivindən əldə edilmiş foto şəkilinin altında "1877-ci il, Dunay" yazılmışdır. İki il cəbhələrdə böyük şücaət və igidlik göstərdiyinə görə, knyaz Mehdiqulu xan Usmiyev dörd dəfə ordenlə təltif edilmişdir. O, "Müqəddəs Anna" ordeninin dördüncü dərəcəsinə (igidliyə görə), üçüncü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə), üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə) və "Müqəddəs Vladimir" ordeninin dördüncü dərəcəsinə layiq görülüb.

Mehdiqulu xan həm də şair idi, "Vəfa" təxəllüsü ilə şeirlər yazırdı. Mehdiqulu xan Usmiyev 1897-ci il fevralın 17-ində Şuşada öz xərcinə Azərbaycan əhalisi üçün qiraətxana açmışdır.

Mehdiqulu xan 1900-cü ildə Tiflis şəhəri Mixaylovski küçəsindəki mülkündə vəfat etmişdir. Öz vəsiyyətinə görə, Ağdamdakı imarətdə, ata-babalarının yanında dəfn olunub.

Mehdiqulu xan Səltənət bəyim Kərim ağa qızı Cavanşirlə ailə qurmuşdu. Xasay xan adlı oğlu, Ağa bikə, Bilqeyis bikə və Əzizə bikə adlı qızları vardı.

İbrahimxəlil xan Cavanşirinnəticəsidir.

Xurşidbanu Natəvannın oğludur.

Mehdiqulu xan Cavanşirinnəvəsidir.

Xanbikə xanımın qardaşıdır.

 

Şeirləri:

Bilməyə.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR