Slimfit
  1. İDMAN

"Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük" - Qurban Qurbanov

"Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük" - Qurban Qurbanov
Sakura

"Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük".

"Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük".

 

Metbuat.az-ın məlumatına görə, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Şerif"lə oyun ərəfəsində deyib.

Q.Qurbanov qeyd edib: "Bu mərhələdə son oyunumuzdur. Doğma azarkeşlərimizin önündə hər bir futbolçunun ən yaxşısını etməyə çalışacağını düşünürəm. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayacağıq. Həddindən artıq soyuqqanlı olaraq, öz oyunumuzu oynamalıyıq".

Baş məşqçi vurğulayıb ki, komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir: "Nəticə verən komandalara rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Təzyiq varsa, bu da olacaq. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük".

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin cavab matçında bu gün "Qarabağ" Moldova "Şerif"ini qəbul edəcək. İlk oyunda qonaqlar minimal hesablı qələbə qazanıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR