Slimfit
  1. MARAQLI

Mədət Quliyev Bakı küçələrində velosiped sürdü

Mədət Quliyev Bakı küçələrində velosiped sürdü
Sakura

Mədət Quliyev Bakı küçələrində velosiped sürdü

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib.

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyidir. Femida.az DTX-nın saytına istinadən xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixdə imzaladığı Sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib.

Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, DTX-nin nəzdindəki Velosiped İdman Klubu Xidmətin əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan kütləvi maraq nəzərə alınaraq, 2017-ci il dekabrın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib.

 



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR