Slimfit
  1. MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyində yeni kadr təyinatları olub

Mədəniyyət Nazirliyində yeni kadr təyinatları olub
Sakura

Mədəniyyət Nazirliyində yeni kadr təyinatları olub

Mədəniyyət Nazirliyində yeni kadr təyinatları olub.

Report” xəbər verir ki, nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə Cəfərova Türkan Orucəli qızı nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə və mətbuatla iş sektorunun müdiri təyin edilib. 

T.Cəfərova bu təyinata qədər həmin sektorda baş məsləhətçi vəzifəsində çalışıb.

Nazirliyin İctimaiyyətlə və mətbuatla iş sektorunun baş məsləhətçisi vəzifəsi isə Elnarə Quliyevaya həvalə olunub. 

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov faktı “Report”a təsdiqləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR