Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
Son günlər Mədəniyyət Nazirliyində xeyli kadr islahatı aparılıb, keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəyə təyin etdiyi bəzi şəxslər Nazirlikdən uzaqlaşdırılıb.
Ens.az xəbər verirki,Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlərlə 10 nəfər işdən çıxarılıb, 6 nəfər isə vəzifəyə təyin edilib.
Həmin siyahını təqdim edirik:
Çıxarılanlar:
Aparat rəhbəri - Fikrət Babayev
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi - İntiqam Hümbətov
Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi - Azada Hüseynova
Kinematoqrafiya şöbəsi - Cahangir Məmmədov
Nazirin müşaviri - Aydın İsmiyev
Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi - Ruslan Abduləlimov
Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi- Kamal Kazımov
Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsi - Günel Aslanova
Dövlət qulluğu və kadr məsələləri şöbəsi - Xanoğlan Güləliyev
Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi - Ləman Mahmudova
Anar Kərimov
Anar Kərimov
Təyin edilənlər:
Nazirin müşaviri - Elnur Əliyev
Kinematoqrafiya şöbəsi - Rüfət Həsənov
Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi - İlkin Nəsibov
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi - Məryəm Qafar-Zadə
Dövlət qulluğu və kadr məsələləri şöbəsi - Zemfira Hüseynbəyli
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini - Səadət Xələfbəyli
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyul tarixli sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrinin müvəqqəti icrası A.Kərimova həvalə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət