Slimfit
  1. MEDİA

Mədəniyyət Nazirliyi Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

Mədəniyyət Nazirliyi Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib
Sakura

Mədəniyyət Nazirliyi Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 22 iyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətini təbrik edib.

Təbrikdə bildirilir ki, bu il 145 illik yubileyini qeyd etdiyimiz milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilib.

Mətbuatımızın müstəqillik dövrü fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə, cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da yeni inkişaf dövrü başlandı. Dahi siyasətçinin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı.

Təbrikdə qeyd olunur ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkə rəhbərliyi müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafını prioritet vəzifələrdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının milli mətbuatımızın yaranmasının 145 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalaması göstərilən bu diqqətin bariz nümunəsidir.

Təbrikdə daha sonra deyilir: “Mədəniyyət Nazirliyi ilə ölkəmizin media qurumları arasında fəal əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sayəsində mədəni irsimiz, incəsənətimiz geniş təbliğ edilir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, mədəni zənginliyimizin tanınıb təbliğ edilməsində kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndiririk. Kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə Azərbaycan reallıqlarının, habelə mədəni dəyərlərimizin, bu sahədə baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir. Məmnunluq doğuran haldır ki, Azərbaycan mətbuatı modernləşmə və qabaqcıl texnologiyaların geniş şəkildə tətbiqi ilə beynəlxalq informasiya məkanında da öz yerini tutmağa başlayıb. Mətbuatımızın genişlənən əlaqələrinin, artan nüfuzunun Azərbaycan dövlətinin mədəniyyət siyasətinin də uğurla reallaşmasında əhəmiyyətli rol oynayacağına əminik”.

Təbrikin sonunda Mədəniyyət Nazirliyinin kollektivi Milli Mətbuat Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətinə, media sahəsində çalışan hər kəsə məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR