Dərc edildi: Baxış sayı: 589
Mədəniyyət naziri: Bakı Dövlət Sirkinin bağlanmasını istəmirəm
Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı Dövlət Sirki ilə bağlı iradlar irəli sürülüb ki, bunlar da haqlı iradlardır.
Oxu.Az-ın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib:
“Çünki şəhərdə mütləq belə bir məkan olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, təhlükəsizliklə bağlı müəyyən ölçülər götürməliyik”.
“Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır”, - deyə Ə.Qarayev qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət