Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Mədə qastriti "məktəbli xəstəliyinə" çevrilir - Uşağın mədəaltı vəzisini qoruyun

Mədə qastriti "məktəbli xəstəliyinə" çevrilir - Uşağın mədəaltı vəzisini qoruyun
Sakura

Mədə qastriti "məktəbli xəstəliyinə" çevrilir - Uşağın mədəaltı vəzisini qoruyun

Son zamanlarda qastrit xəstəliyi göz xəstəliklərindən sonra məktəblilər arasında 2-ci çox yayılan xəstəlik hesab edilir. 
 
Nə üçün məktəblilər arasında mədə ağrıları yayılıb? 
 
Medicina.az sizə qastrit barədə məlumatlar təqdim edir: 
 
Alimlər müəyyən ediblər ki, mədənin selikli qişasının iltihabı - qastrit hepikobakter pilori mirkobu sayəsində yaranır.  
 
Adətən bu mikroba yoluxma 4-8 yaşlarında baş verir. Səbəbi isə uşağı öpmək, ümumi qabdan istifadə, yuyulmayan əllər və s.dir. Yoluxmadan sonra bir neçə il müddətində heç bir əlamət müşahidə edilmir. Amma selikli qişanın iltihabı prosesi artıq başlayır.  İlk ağrılar əsasən orta və yuxarı siniflərdə müşahidə edilir. 
 
Alimlər müəyyən ediblər ki, "məktəbli qastriti”nin əsas səbəblərindən biri də mədəaltı vəzin zədələnməsidir. 
 
Mədəaltı vəz mədənin selikli qişasını və bağırsaqları qanla təmin edir. Onun zədələnməsi həmçinin də mədə xorasının yaranmasına da səbəb olur. 
Qastriti müalicə etmək mümkündür. Əgər analiz zamanı helikobakter pilori olduğu aşkarlanarsa bu zaman həkim antibiotik təyin edir. Müalicə kursu 7-10 gün təşkil edir.
 
Aradan qaldırmaq üçün: 
 
1) Normal yatmaq 
 
2) Evdə və məktəbdə olan psixoemosional gərginliyi azaltmaq, kompüterdə yatmazdan  əvvəl cəmi 1,5 saat əvvəl istifadə etmək.
 
3) Vegetativ sinir sistemini bərpa etmək. Bunun üçün kontras duş qəbul etmək və ya bədəni yaş dəsmalla silmək lazımdır.
  
4) Normal və düzgün qidalanma
 
5) Tez-tez qastroenteroloqa müayinə olunmaq 
 
Nələri etmək olmaz: 
 
1) qızarmış qidalar 
 
2) Hisə verilmiş, acı və ədviyyatlı qadalar 
 
3) Turş qidalar (sirkə, turp, sarımsaq, soğan, ispanaq)
 
4) Uzun müddətə həzm olunan qidalar (təzə çörək, blinçik və s.)
 
5) Tərkibində sərt lif olan qidalar (qoz, paxlalılar, çiy tərəvəzlər)
 
6) Göbələk 
 
7) Qəhvə, kakao, şokolad, çay və s. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR