Medal sıralaması: Azərbaycan Avropa Oyunlarında neçənci yerdədir?
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında iki gün arxada qalıb.
Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın artıq 13 idmançısı mübarizəni başa vurub.
Komandamızın aktivində dörd medal var. Bunlar bir gümüş, üç bürünc medaldır.
Belə ki, akrobatika gimnastikasında Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı gümüş və bürünc medal qazanıb. Samboda isə Mehman Xəlilov və Emil Həsənov bürünc medala sahib olub. Medal sıralamasında Azərbaycan hazırda 10-cu yerdədir. Rusiya 18 medalla (9 qızıl, 5 gümüş və 4 bürünc) ilk sırada liderlik edir. Belarus 14 medalla (4 qızıl, 2 gümüş və 8 bürünc) ikinci sıradadır. Gürcüstan 10 medalla (3 qızıl, 3 gümüş və 4 bürünc) üçüncü pillədə qərarlaşıb.
Ümumiyyətlə, hazırda 50 ölkədən 24-ü medal qazana bilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət