Dərc edildi: Baxış sayı: 822
Mebel əşyalarını canavar dərisi ilə bəzədilər
Dağıstanda mebel mağazalarının birində canavar dərisindən hazırlanan kreslo üzlükləri sosial şəbəkələrdə geniş müzakirə olunub.
“Region Online” agentliyi xəbər verir ki, kreslonun qoltuqlarına yırtıcının başı, ayaqlarına isə pəncələri tikilib.
Qeyd olunur ki, mağazada, həmçinin, masanın üzərinə salınmış canavarların müqəvvaları alıcılara təqdim olunur.
Görüntülərə şərh yazan internet istifadəçiləri təbiətdə yaşayan canlılara qarşı belə münasibəti kəskin qınayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət