Slimfit
  1. İQTİSADİYYAT

MB-dən mühüm addım: Kredit faizləri aşağı salınır?

MB-dən mühüm addım: Kredit faizləri aşağı salınır?
Sakura

MB-dən mühüm addım: Kredit faizləri aşağı salınır?

Mərkəzi Bank bu gün uçot dərəcəsinin 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddinin 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddinin isə 10%-dən 9.5%-ə endirilməsi barədə qərar qəbul edib. 2020-ci ilin dekabr ayından bəri ilk dəfə Mərkəzi Bank uçot dərəcəsini azaldıb. Uçot dərəcəsinin endirilməsi kredit faizlərini aşağı salacaqmı?

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkilinin fikrincə, uçot dərəcəsinin azaldılması əks prosesə start verilməsi anlamına gəlir:

“Ötən illə müqayisədə inflyasiyanın nisbətən səngiməsi və hədəflərin yeniləşməsi, eyni zamanda valyuta bazarındakı dəyişikliklər Mərkəzi Banka uçot stavkasını azaltmağa imkan verib. Bu o deməkdir ki, Mərkəzi Bank birrəqəmli və aşağı infilyasiyanın əldə edilməsini hədəflədiyindən dərəcəyə dəyişiklik edib. Eyni zamanda Azərbaycanın xarici ticarət balansında da müsbət saldo qorunub saxlanılıb ki, bu da Mərkəzi Bank üçün alternativ əlavə rıçaqlar deməkdir.

Kredit faizlərinə təsirlərinə gəldikdə isə bu sahədə sistemli tədbirlərin davam etdirilməsi vacibdir. Doğrudur, birrəqəmli inflyasiyanın əldə ediləcəyi və real sektor tələbinin stabilləşəcəyi halda kredit faizlərində azalma mümkün ola bilər. Bununla yanaşı, hələlik banklar resursları Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərindən deyil, digər istiqamətlərdən cəlb edirlər. Bu baxımdan da uçot dərəcəsinin azaldılması kredit dərəcələrinə daha çox psixoloji təsir edir”.

V.Bayramov eyni zamanda bu addımın depozit faizlərinə də təsir göstərəcəyini güman edib:

“Mərkəzi Bankın uçot dərəcəsinin azalması fonunda kommersiya banklarının depozit faizlərinin azalması müşahidə oluna bilər. Həm manat, həm də xarici valyutada cəlb edilən depozitlərin depozit faizlərinin aşağı düşməsi müşahidə olunur ki, bu proses xüsusən 2021-ci ildən sonra daha da sürətlənib. Bütün bunlarla yanaşı, uçot dərəcəsinin azaldılmasının manatla yığımlara da təsir göstərəcəyi istisna deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR