Slimfit
  1. DÜNYA

Maykl Pompeo: 'İrana qarşı sanksiyalar səmərəsini verir'

Maykl Pompeo: 'İrana qarşı sanksiyalar səmərəsini verir'
Sakura

Maykl Pompeo: 'İrana qarşı sanksiyalar səmərəsini verir'

"ABŞ tərəfindən İrana qarşı tətbiq edilmiş sanksiyalar nəticəsində iyun və iyul aylarında bu ölkənin gündəlik neft ixracatı 500 min bareldən az olub".

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çənub-Şərqi Asiya Millətləri Asosiasiyasına (ASEAN – Association of Southeast Asian Nations) üzv ölkələrin xarici işlər nazirlərinin Banqkokda keçirilən 52-ci görüşündə çıxışı zamanı ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

O, sanksiyalar tətbiq olunandan əvvəl bu göstəricinin 2,7 milyon barel olduğunu deyib.

Sözügedən rəqəmlərin sanksiyaların səmərəli olduğunu göstərdiyini vurğulayan Ağ ev rəsmisi İrana qarşı sanksiyaları pozan dövlət və təşkilatlara qarşı bundan sonra da müvafiq tədbirlər görəcəklərini diqqətə çatdırıb.

Beynəlxalq Enerji Agentliyi bu ilin may ayında, yəni ABŞ hökuməti tərəfindən İran neft ixracatına qarşı sanksiyalardan Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Yunanıstan, Türkiyə, İtaliyaya verdiyi möhlətin başa çatmasından sonra neft hasilatının ötən əsrin 80-ci illərindən bu yata ən aşağı səviyyədə olduğunu, İranın gündəlik neft ixracatının 1,6 dəfə azalaraq 810 min barel səviyyəsinə düşdüyünü açıqlayıb. Belə ki, 2018-ci ildə İranın gündəlik neft ixracatı 2,6 milyon barel olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR