Maykl Ceksonun corabı satışa çıxarıldı - Şok qiymət
Maykl Ceksonun ilk dəfə ay gəzintisi rəqs texnikasını ifa etdiyi məşhur corabı “Gotta Have Rock and Roll” hərracında satışa çıxarılıb.
Kult.az xəbər verir ki, corabın başlanğıc qiyməti 100 min dollar olsa da, hərrac təşkilatçıları onun qiymətinin 1 və ya 2 milyon dollara qalxacağını gözləyirlər.
Maykl Cekson modelyer Bill Uitten tərəfindən hazırlanan süni qaşlarla bəzədilmiş corabı “Victory Tour” (1984-cü il) turunun uğurlu təşkilinə görə minnətdarlıq məktubu ilə birgə meneceri Frenk Dileoya hədiyyə etmişdi.
Noyabr 13-22-də keçiriləcək hərracda, həmçinin Dileonun şəxsi kolleksiyasından Maykl Ceksonla işlədiyi illər ərzində topladığı 50 əşya nümayiş olunur. Onların arasında müğənninin imzasının olduğu qızıl və platin “Thriller” diski, ölümqabağı “This Is It” külliyyatı və digər unikal əşyalar var.
Qeyd edək ki, Maykl Cekson bərq vuran corabda ilk dəfə 1983-cü ilin mart ayında “Motown Records” səsyazma kompaniyasının 25 illiyinə həsr olunan şouda “Billie Jean” mahnısını ifa edərkən səhnəyə çıxmışdı. Həmin şouda o, dünyanın ən populyar rəqs texnikalarından birinə çevrilən ay gəzintisini ifa etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət