Slimfit
  1. AZƏRBAYCAN

Mayın 9-da “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək

Mayın 9-da “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək
Sakura

Mayın 9-da “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək

9 may - Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.

Ens.az xəbər verir ki,Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 10 may tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.

“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Hazırda 18 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzdadır.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR