Slimfit
  1. CƏMİYYƏT

Mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

Mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA
Sakura

Mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi mayın 28-də Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son bir neçə həftə ölkə ərazisində koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma şənbə-bazar və bayram günləri müşahidə olunur. Artma dinamikası davam edərsə mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilir?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, son günlərin statistikası narahatedicidir: "Yoluxanların sayı artma dinamikası ilə davam edir. Bu çox təəssüfləndirici haldır. Görünən odur ki, bəzi vətəndaşlarımız sosial məsuliyyətlərini dərk etmir, bu xəstəliyin varlığına inanmırlar. Xəstəliyin olmaması ilə bağlı fikirlər irəli sürürlər. Onlar özləri bilmədən cəmiyyətdə koronavirusun sürətlə yayılmasına səbəb olurlar. Azərbaycan dünyanən bir parçasıdır. Ona görə də Azərbaycan dünyada gedən proseslərdən kənarda qala bilməz. Yoluxma sayı Azərbaycandan da qatbaqat çox olan ölkələr karantin rejimində çox yumşalmalara gedib. Təbii ki, bizdə vəziyyət ona inteqrasiya edilir. Düşünürəm ki, yoluxanların sayı bu cür artma dinamikası ilə davam etsə, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimində sərtləşməyə doğru gedə bilər. Çünki ölkədə gün ərzində koronavirusa yoluxanların sayı 200-ə yaxınlaşıbdır. Bu rəqəmlər təbii ki, dövlətimizi çox narahat edir. Ola bilər ki, insanlarımızı qorumaq üçün karantin rejimində yenidən sərtləşmələr olsun".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR