Slimfit
  1. CƏMİYYƏT

Mayın 31-dən sonra karantin rejimi uzadıla bilərmi?-AÇIQLAMA

Mayın 31-dən sonra karantin rejimi uzadıla bilərmi?-AÇIQLAMA
Sakura

Mayın 31-dən sonra karantin rejimi uzadıla bilərmi?-AÇIQLAMA

Moskvada özünütəcrid rejiminin müddəti iyun ayının 14-dək uzadılıb.

Ens.az xəbər verir ki,bu barədə məlumat verən mer Sergey Sobyanin bildirib ki, karantin rejimi ilə bərabər Moskvada xüsusi buraxılış və digər məhdudlaşdırıcı tədbirlərin də müddəti uzadılıb.

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Belə ki, 165 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı çoxalma dinamikası ilə davam edərsə karantin rejimi sərtləşdirilə bilərmi?

Bu barədə deputat deputat Nəsib Məhəməliyev Sonxeber.az-a açıqlama verib.

Deputat bildirib ki, Rusiyada yaranmış vəziyyyət tələb edir ki, karantin rejimi uzadılsın:

"Çünki oranın statistikası göstərir ki, sərt tədbirlər görmədən, pandemiyanın qarşısını almaq mümkün deyil. Baxmayaraq ki, ölkəmizdə də koronovirusa yoluxanların sayında artım müşahidə olunur, hər şey dövlətin nəzarətindədir. Karantin rejiminin uzadılması isə pandemiyanın dinamikasından birbaşa asılıdır. İnşallah belə bir zərurət olmaz".

Deputat Kamilə Əliyeva da məsələ ilə bağlı Sonxeber.az-a açıqlaçma verib.

Deputat bildirib ki, çox xoşagəlməz hadisədir ki, son günlər artıq Azərbaycanda koronavirusa yoluxanların sayı üçrəqəmli rəqəmə keçib:

"Bu da karantin rejiminin yumuşaldılması ilə əlaqədar oldu. Bunu belə izah edirəm ki, insanların işə getməsi, nəqiliyyat vasitələrindən istifadə etmələri, digər tərəfdən xaricdən ölkəmizə vətəndaşlarımızın gəlməsidir. Yəni onların hesabına da bu artım müşahidə olunur. Karantin nə vaxta qədər uzadılacaq? İnsanlar öz həyat tərzinə davam etməlidir. Cənab Prezidentin də qeyd etdiyi kimi "artıq biz bir növ bununla barışıb yaşamalıyıq". Çünki bunun peyvəndi tapılmayana qədər yoluxma hallarına rast gəlinəcək. Ona görə də həyat davam edir. Bunun qarşısının alınması yalnız insanların məsuliyyətindən asılıdır".

Deputat qeyd edib ki, şəhərdə, nəqliyyat vasitələrində insanlar maskasız gəzirlər:

"Maska ilə gəzən insanların sayı barmaqla sayılacaq qədərdir. Artıq hamı bu xəstəlikdən qurtulmuş şəkildə özünü aparır. Əsasən ara məsafəsi saxlanılmır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda bu rəqəm artmaqdadır. Düzdür, digər ölkələr ilə müqayisədə bizdə çox yaxşı nəticələrdir. Amma bunula arxayınlaşmaq olmaz. Ona görə də hər kəs məsuliyyətli olmalıdır. Karantin müddətinin uzadılmasına gəldikdə isə, bilirsiniz ki, bu Nazirlər Kabineti yanında Operativ Qərərgahın qəbul elədiyi qərarla əlaqədar olacaq.

Qərərgah da hər zaman bu məlumatı verir ki, əgər virusa yoluxma halları artarsa yenə də sərtləşdirmə rejiminə qayıdılacaq.Ola bilər ki, karantin müddəti uzadılsın və yaxud ciddi sərtləşmələrə doğru gedilsin.Əlbəttə, bunların hamısı gedişatdan asılı olacaq. Burada dövlətin əsas məqsədi bilavasitə insanların sağlamlığı və onları virusdan qorumaqdır".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR