Slimfit
  1. CƏMİYYƏT

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür
Sakura

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, 1974-cü ilin yanvarında rəsmi olaraq mayın 12-nin Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Dünyanın 144 ölkəsinin mərhəmətli peşə sahiblərini birləşdirən Tibb Bacılarının Beynəlxalq Məsləhəti Şurası həmin günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib.

İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onun üzərinə böyük vəzifə düşür.

İlk azərbaycanlı şəfqət bacısı General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. O, Birinci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib. Nigar xanımın başçılıq etdiyi xəstəxana məşhurlaşaraq “Şıxlinski xəstəxanası” kimi tanınıb. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edib. 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”ni təşkil edib.

Ölkəmizdə peşəkar tibb bacılarının hazırlanmasına xüsusi diqqət yetirilir, onların bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görülür.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR