“Maye qızıl”dan biokərpic hazırlanıb
Keyptaun Universitetinin (CAR) tələbə qrupu doktor Dillon Rendallın rəhbərliyi altında dünyada ilk dəfə qumdan və modernləşdirilmiş universitet tualetlərindən yığılmış insan sidiyindən biokərpic hazırlayıblar. Bunu Ens.az “İnterfaks”a istinadən xəbər verir.
Layihənin elmi rəhbəri doktor Dillon Rendellin sözlərinə görə, kərpicin becərilməsi prosesi dəniz malyuskalarının çanaqlarının formalaşmasına bənzəyir. Quma ureazu fermentini formalaşdıran bakteriyalar əlavə olunur. Sonra insan sidiyi əlavə olunduqda, ueraza sidik cövhərini parçalayır, eyni zamanda mürəkkəb kimyəvi reaksiya nəticəsində qumu xüsusi forma obyekti görünüşündə möhkəmləndirməyə qadir olan karbonat kalsium formalaşır.
“Kimyəvi nöqteyi-nəzərdən sidik - maye qızıldır”, - Rendall qeyd edib.
Tədqiqatçılar qeyd edir ki, yeni texnologiya kərpicin möhkəmliyini əhəng analoqlarına nisbətən 40% artırmağa imkan verir. Bundan başqa, biokərpiclərin istehsalı otaq temperaturunda mümkündür, halbuki 1400 dərəcədə ənənəvi bişirmə böyük həcmdə karbon qazı tullantısı ilə müşayiət olunur.
2017-ci ildə Uzaq Şərq Federal Universitetiin alimləri ağac və plastikin xüsusiyyətlərinin birləşdiyi yeni ekoloji tikinti materialı hazırlayıblar. Birləşmə materialının polimer matrisləri qismində polietilen tətbiq edilir, doldurucu kimi isə qarğıdalı qabıqları istifadə edilir.
Mənbə: Rambler.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət