Slimfit
  1. CƏMİYYƏT

Mayda 190 manatı çıxarmadı, iyunda kartı bloklandı

Mayda 190 manatı çıxarmadı, iyunda kartı bloklandı
Sakura

Mayda 190 manatı çıxarmadı, iyunda kartı bloklandı

Bakının Pirşağı qəsəbəsində yaşayan Raqif Ruşanov koronavirusla bağlı karantin dövründə ona təyin olunan 190 manatlıq ödənişi iki aydır ki, ala bilmədiyini deyir. Onun sözlərinə görə, buna səbəb kartına heç bir əsas olmadan blok qoyulmasıdır. 

Qafqazinfo”ya müraciət edən şikayətçi bildirib ki, ilk ayın ödənişini poçt vasitəsilə alıb. Növbəti ay isə vəsaitin verilməsi üçün kart hesabı açılıb. Kartı hazır olanda isə onu şikayətçinin faktiki yaşayış yeri olan Pirşağı qəsəbəsinə deyil, qeydiyyat ünvanına, yəni Gəncə şəhərinə göndəriblər. 

Vətəndaş bildirir ki, kartın hazırda yaşadığı ünvana göndərilməsi üçün banka gedərək ərizə də yazıb: “Aprel ayı üçün 190 manatlıq ödənişi almışdım, növbəti ay karta köçürüləndə onu “Muğanbank”ın Gəncə filialına, qeydiyyatda olduğum ünvana göndərmişdilər. Baxmayaraq ki, bununla bağlı bankda ərizə yazmışdım. Ölkədə sərt karantin vəziyyəti olduğuna görə Gəncəyə getmək imkanım yox idi. Bankla əlaqə saxlayıb kartımın faktiki yaşadığım ünvana uyğun bank filialına göndərilməsini xahiş etdim. İki ay banka ayaq döydüm, çətinliklə kartı əldə etdim və oradakı ödənişi çıxardım. Lakin bu zaman artıq əhali üçüncü dəfə 190 manatlıq ödənişi alırdı. Ona görə də, həmin vəsaitin may və ya iyun ayına aid olduğunu bilmirəm. Qanunla mənə növbəti aylarda da ödəniş olunmalı olsa da, kartıma blok qoyulub və ya ödəniş köçürülməyib”.

R. Ruşanov bildirib ki, kartına pulun köçürülməsi ilə bağlı ona heç vaxt SMS gəlməyib. 

Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyin ilə əlaqə saxladıq. Agentliyin mətbuat katibi Əsmər Nəcməddinqızı “Qafqazinfo”ya açıqlamasına bildirib ki, elektron sistem üzərindən baxanda R. Ruşanovun aprel və may aylarında 190 manatlıq ödənişi aldığı görünür:

“Hətta həmin vətəndaşa avqust ayında da ödəniş olunub. Lakin iyun ayında kartına blok qoyulub. Buna səbəb isə may ayının ödənişini nağdlaşdırmamasıdır”.

Vətəndaşın kartının blokdan açılmasına gəlincə isə. Ə. Nəcməddinqızı bildirib ki, ödəmələr artıq başa çatıb və təkrar qeydiyyat yoxdur: “Yaxşı olardı ki, şikayətçi bankla bağlı problem yarananda Agentliklə əlaqə saxlayardı. Təyinat və araşdırma elektron sistem üzərindən aparılır. Və elektron sistem də vətəndaşın hesabında vəsait aşkarlayanda imtina edir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR