Matçda elektron tablo əvəzinə kağızdan istifadə olundu
Texniki avadanlığın İndependensiya stadionunun ofislərinin birində qaldığı bildirilib.
Braziliyanın "Atletiko Mineyro" və Uruqvayın "Sportinq Defensor" komandaları arasında keçirilmiş Libertadores Kuboku matçında maraqlı hadisə baş verib.
Görüşün dördüncü hakimində elektron tablo olmadığından kağızlardan istifadə edib.
Texniki avadanlığın İndependensiya stadionunun ofislərinin birində qaldığı bildirilib. Dördüncü hakim I və II hissəyə əlavə olunmuş dəqiqə sayını və oyunçu dəyişikliyini göstərmək üçün kağızlardan yararlanıb.
Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən "Atletiko Mineyro" Libertadores Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb.
Mənbə : Aznews
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət