Slimfit
  1. İQTİSADİYYAT

Maskı fırıldaqçılıqda ittiham etdilər

Maskı fırıldaqçılıqda ittiham etdilər
Sakura

Maskı fırıldaqçılıqda ittiham etdilər

ABŞ qiymətli kağızlar və birja üzrə komissiyası (SEC) Tesla təsisçisi İlon Maskı şirkəti qeyri-ictimai etmək niyyəti barədə bəyanatına görə fırıldaqçılıqda ittiham edib.

Daha əvvələ məlumat verilirdi ki, ABŞ Ədliyyə Nazirliyi Maskın bəyanatları ilə əlaqədar mümkün fırıldaqçılıqla bağlı cinayət üzrə istintaq aparır. Tesla səhmləri istinaq aparılmasından sonra 6% düşüb.

“Bu iş Tesla Inc. Şirkətinin baş direktoru İlon Maskın 2018-ci ilin 7 avqust tarixində ictimai səhmdar şirkət olan Teslanı özəl etmək haqqında dedikləri yalan və yanılma tərkibli bəyanatlarını daxil edir”, - SEC-in ABŞ-da Nyu-Yorkun cənub vilayət məhkəməsinə təqdim etdiyi ittihamda deyilir.

Komissiyada hesab edirlər ki, Maskın bəyanatı birjada qarışıqlığa və anlaşılmazlığa gətirib çıxardı və investorlara zərər verdi.

Maskın özü ittihamları əsassız adlandırdı.

“SEC-in bu əsassız hərəkəti məni çox kədərləndirdi və məyus etdi. Mən hər zaman haqq, şəffaflıq və investorların mənafeyi naminə hərəkət etmişəm. Bütövlük həyatımda ən vacib dəyərdir və faktlar göstərər ki, mən heç zaman onu heç bir formada pozmamışam”, - Mask CNBC-ə olan müsahibəsində bildirib.

Maskın Tesla səhmlərinin alışı üzrə planları

Mask avqust ayında Twitter-də bildirdi ki, Tesla səhmlərinin sərbəst dövriyyədə bir ədədi üçün 420 dollar dəyərində geri qaytarılması üçün maliyyələşdirməni təmin edib. Daha sonra biznesmen bildirib ki, bu barədə son qərar verilməyib.

Planlar haqqında elanların nəzarətçiyə yönləndirilmiş sənədlərdə deyil, Twitter-də paylaşılması nəhəng amerikan ictimai şirkəti üçün tipik deyil. Bundan başqa KİV-də yazılmışdı ki, Maskın planları barədə Tesla şirkətinin idarə heyətinin üzvləri əvvəlcədən heç nə bilməyib.

Avqust ayında investorlarla görüşdən sonra Mask avtoşirkəti qeyri-ictimai etmək fikrincən imtina etdiyini bildirdi. Sahibkar o zaman qeyd etdi ki, şirkətin hazırki statusunun saxlanması qərarının lehinə növbəti yatırımlar etmək imkanı edə bilməyəcək investorların əksəriyyəti səs verib. Mask öz seçiminin daha bir səbəbinin  bu prosesin çoxlu resurs və vaxt tələb etməsi olduğunu bildirib.

 

Mənbə: Ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR