Slimfit
  1. İQTİSADİYYAT

Maşın alveri əvvəlki qədər asan olmayacaq - Yeni nəzarət sistemi bizə də gəlib çıxacaqmı?

Maşın alveri əvvəlki qədər asan olmayacaq - Yeni nəzarət sistemi bizə də gəlib çıxacaqmı?
Sakura

Maşın alveri əvvəlki qədər asan olmayacaq - Yeni nəzarət sistemi bizə də gəlib çıxacaqmı?

Türkiyədə ikinci əl avtomobil satışları ilə bağlı yeni qaydalar qəbul olunacaq.

Belə ki, elan saytlarında ikinci əl avtomobil elanı yerləşdirənlərdən şəxsiyyət vəsiqəsinin pin kodu və satdığı maşının texniki baxışdan keçdiyinə dair sənədin surəti də tələb olunacaq. Bununla həm ikinci əl avtomobil satışı zamanı dələduzluq hallarının qarşısının alınması, həm də maşın alverçilərinin vergiyə cəlb olunması asanlaşacaq. Həmçinin maşın alveri ilə məşğul olanlar mütləq bu barədə dövlətdən icazə sənədi almalı olacaqlar.

Bizdə də elan saytlarında ən ucuzundan ən lüksünə qədər minlərlə avtomobil elanları yerləşdirilir və gün ərzində onlarla satış baş tutur. Oxşar qaydalar gələcəkdə Azərbaycanda da tətbiq oluna bilərmi?

Bununla bağlı "Yeni Sabah"a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı billdirib ki, ölkəmiz üçün belə bir qaydanın qəbul olunması hələ tezdir.

"Bugün elektron imkanlar o qədər inkişaf edib ki, bir çox işlər görmək mümkündür. Sadəcə cəmiyyətin buna hazırlığı nə dərəcədə realdır, ona diqqət etmək lazımdır. Düşünürəm ki, hazırda avtomobil bazarı o qədər inkişaf etməyib ki, onu bu formada nəzarət və yaxud da hansısa formada vergiyə cəlb etmə və s. tətbiq edilsin. Azərbaycan reallıqlarında bunun tez bir zamanda mümkün olacağını da düşünmürəm. Ümumilikdə gəlir əldə etmək üçün etmək olar. İnsanlar pul qazanarkən, əlbəttə ki, dövlətin vergisini verməlidirlər. Ancaq Azərbaycanda avtomobil bazarı son bir ildə dirçəlməyə başlayıb. Adətən insanlar öz avtomobillərini satıb, yeniləməyə çalışırlar. Məsələn, ev alqı-satqısında da bu var. Şəxs 5 ildir onun istifadəsində olan evi satırsa, heç bir vergi ödəmir. Çünki bu onun şəxsi əmlakıdır".

Ekspert gələcəkdə Azərbaycanda da online avtomobil satışlarına nəzarət edilməsini məqsədəuyğun hesab edir:

"Həmin saytlara, alqı-satqıya ümumi bir nəzarət olsaydı, yaxşı olardı. Çünki tez-tez rastlaşırıq ki, başqa adamların maşınlarını və ya nömrələrini onların xəbərləri olmadan satışa qoya bilirlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR