Slimfit
  1. CƏMİYYƏT

Masallıda koronavirusla bağlı son vəziyyət: “Lənkəranla, Cəlilabadla müqayisədə...”

Masallıda koronavirusla bağlı son vəziyyət: “Lənkəranla, Cəlilabadla müqayisədə...”
Sakura

Masallıda koronavirusla bağlı son vəziyyət: “Lənkəranla, Cəlilabadla müqayisədə...”

“Masallı rayonunun daxilində koronavirus pandemiyası ilə bağlı qorxulu vəziyyət yoxdur”.

Ens.az xəbər verir ki,bu sözləri Modern.az-a 71 saylı Masallı kənd seçki dairəsindən deputat Anar İsgəndərov deyib.

O qeyd edib ki, Masallı rayonunda koronavirus statistikasının nisbətən çox olması başqa səbəblə əlaqədardır:

“Ətraf rayonlarda kim xəstələnirsə, koronavirusun simptomları aşkarlanırsa, Masallıya gətirilir. Ona görə, statistik rəqəm təqdim ediləndə bəziləri Masallının əhalisi kimi göstərilir. Amma real vəziyyətdə Masallının koronavirusla əlaqədar ciddi problemi yoxdur.

Mən hazırda Masallıdayam. Müşahidələrimə görə, insanlar operativ qərargahın tövsiyələrini dərk edir, buna riayət edirlər. Bütün çətinliklərə baxmayaraq, hər kəs karantin, gigiyena qaydalarına əməl etməyə çalışır”.

Deputat onu da qeyd edib ki, Masallıda koronavirusun tamamilə olmadığını iddia etmək mümkün deyil:

“Deyə bilmərik ki, Masallıda virusa yoluxma halı qeydə alınmayıb. Bu dünyanın fəlakətidir. Koronavirus Azərbaycanda varsa, demək, bu xalqın tərkib hissəsi kimi Masallı camaatı da yoluxa bilər. Hətta bir neçə fakt da qeydə alınıb. Amma məsələn, Lənkəran, Cəlilabad, Kürdəmir kimi rayonlarımızla müqayisədə Masallıda koronavirus problemi olduqca cüzidir”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR