Masallıda keçirilən ümumrayon iməciliyində 40 hektar sahədə təmizlik və abadlıq işləri aparılıb
Masallıda keçirilən ümumrayon iməciliyində 40 hektar sahədə təmizlik və abadlıq işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində təşkil edilmiş humanitar aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, gənclər, ictimaiyyətin təmsilçiləri, ümumilikdə 500 nəfərə yaxın rayon sakini iştirak edib.
Rayonun yaşayış məntəqələrində keçirilən iməciliklərdə də sakinlər fəallıq nümayiş etdiriblər.
İməcilik zamanı yollar boyu yeni ağaclar əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ərazidə abadlıq işləri aparılıb.
Ümumrayon iməciliyində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət