Dərc edildi: Baxış sayı: 358
Masallıda Aşura mərasimi ilə bağlı yayılan video haqda - DİN-dən açıqlama
Bəzi sosial şəbəkələrdə bu gün Masallı rayonunun Sirəbil kəndində Aşura mərasiminin keçirilməsi ilə bağlı videogörüntülər paylaşılıb.
Ens.az xəbər verir ki,məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumatda deyilir:
"Bildiririk ki, həmin görüntü 2017-ci ildə keçirilmiş mərasim zamanı çəkilib. Bu il Aşura mərasimi ilə bağlı həmin kənddə və ümumiyyətlə Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq hər hansı kütləvi tədbir keçirilməyib. Bir daha sosial şəbəkə istifadəçilərini həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatlar paylaşmaqdan çəkinməyə çağırırıq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət