Slimfit
  1. MARAQLI

“Maşa və Ayı” barədə bilmədikləriniz

“Maşa və Ayı” barədə bilmədikləriniz
Sakura

“Maşa və Ayı” barədə bilmədikləriniz

Bu ekran işi 2009-cu ildə tamaşaçılara təqdim edilsə də, ideya 1996-cı ildə yaranıb. Söhbət bütün dünyada uşaqlarlla yanaşı böyüklrin də sevərək izlədiyi “Maşa və Ayı” cizgi filmindən gedir.

Bizimyol.info 25-dən çox dilə tərcümə edilmiş ,80-dən çox ölkəyə satıllmış və ildə ən az 225 milyon dollar gəlir gətirən “Maşa və Ayı” barədə maraqlı məlumatlar təqdim edir.

Rəssam Oleq Kuznetsov Krımda istirahət edərkən ora ailəsi ilə birlikdə istirahətə gəlmiş və dəcəlliyi ilə sanatoriyadakıların canını boğazın yığmış qız onda belə bir ideya yaratdı. Maşa isə rejissorun öz qızının adı idi. 1996-cı ildə texniki imkanlar bu ideyanın reallaşmasına əngəl oldu və layihə təxirə salındı.

2009-cu ildə İlk 7 dəqiqəlik epizodun hazırlanmasına 8 ay vaxt sərf edildi və əsas keyfiyyətə önəm verildi.İlk dəfə “Maşa və Ayı” balacalar üçün axşam proqramında nümayiş etdirildi və o gündən də böyük uğura addım atıldı.Bu cizgi filminin uğurunda onun gözəl musiqisi, səsləndirmədə balaca qız səsinin verilməsi, onun şən gülüşü də rol oynayıdı. Yeri gəlmişkən 7 yaşlı Alina Kukuşkina ürəkdən gülsün deyə səsyazma zamanı komanda onu qıdıqlayırdı.Bu cizgi filmini tənqid edənlər, Maşanın dəcəlliklərinin cəzasız qaldığını deyənlər Ayının bu obrazda onun dostu, yoxsa nəyi olması barədə soruşanlara rejissorun cavabı var. Bu ata- bala münasibətləridir. Yeri gəlmişkən bu multfilm ekranlara çıxandan sonra bütün qadınlar özlərinə məhz Maşanın Ayısı xarakterində kişi axtardıqlarını qeyd edirdilər- Səbirli, ağıllı, işgüzar, evdar, nəzakətli.

Cizgi filminin uğur qazanmasında onun keyfiyyəti ilə yanaşı düzgün menecmenti rol oynayır. Məhz “Animakkord” studiyasının direktoru Andrey Loveykonun biznes istedadı adi cizgi filminin bu işə əmək vermiş insanların milyarderə çevirməsinə səbəb oldu.Onun sayəsində studiya multfilmin pulsuz yayılmasına cəhd etdi. You Tube kanalında və studiyanın saytında multfilimə pulsuz tamaşa etmək olar.Çünki piratçılıqla mübarizə mümkün deyilı.

You Tube kanalında 20 milyon dəfə izlənməklə rekord izləmə sayı da “Maşa və Ayı”ya aiddir.

Haızrda “Animakkord” studiyasının gəlirinin 80 faizini cizgi filmdə göstərilən istehlak mallarının reklamından gəlir. Bloombergin məlumatına görə, reklamlardan əldə edilən gəlir ildə 225 milyon dollar təşkil edir. Lakin alkoqol , tütün məmulatları, çips və qazlı su kimi məhsulların reklamına yer verilmir. Maşanın uzun geyimi və başındakı örpəyi ərəblərə xoş gəlib. Onlar məmnuniyyətlə bu cizgi filmini alsalar da donuz təsvir edilmiş seriyaları göstərmirər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR