Slimfit
  1. CƏMİYYƏT

Marşrutlarda ödənişlər bank kartları ilə olacaq - Tarix AÇIQLANDI

Marşrutlarda ödənişlər bank kartları ilə olacaq - Tarix AÇIQLANDI
Sakura

Marşrutlarda ödənişlər bank kartları ilə olacaq - Tarix AÇIQLANDI

“İctimai nəqliyyatda gediş haqqının bank kartları ilə ödənilməsi üçün sistem sınaqdan keçiriləcək”. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası proqramının təqdimatında çıxışı zamanı deyib. 

O bildirib ki, ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır: 

“Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan ödəniş etmək mümkün olacaq”.

Nazir müavini bildirib ki, 2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək:

“Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR