Dərc edildi: Baxış sayı: 812
Marşrut xəttində ödəniş problemi
Xırdalana gedən 119 nömrəli marşrut xətti də bu gündən etibarən “BakıKart” sisteminə keçdi.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,lakin Xırdalan yolunda ödəniş terminallarının sayı barmaqla sayılacaq qədər azdır. Bəs o zaman insanlar bakikartın balansını necə artıra bilər?
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, bu gündən etibarən qeyd olunan ərazi üzrə bir çox marketlərdə ödəmə terminalları “BakıKart” qəbul edəcək. Beləcə, Xırdalan sakinləri kart balanslarını ərazidəki marketlərə yaxınlaşaraq artıra biləcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət