Slimfit
  1. KOSMOS

Marsın atmosferindən bütün metan anlaşılmaz şəkildə yoxa çıxıb: alimlər anlaya bilmir

Marsın atmosferindən bütün metan anlaşılmaz şəkildə yoxa çıxıb: alimlər anlaya bilmir
Sakura

Marsın atmosferindən bütün metan anlaşılmaz şəkildə yoxa çıxıb: alimlər anlaya bilmir

Metan həyatın olmasının göstəricilərindən biridir, ona görə astronomlar onun axtarışına xüsusi diqqət ayırırlar. Bu yaxınlarda alimlər aşkar ediblər ki, Marsın atmosferində metandan heç bir əsər-əlamət qalmayıb - amma bir neçə il bundan əvvəl var idi!

Metan Marsda xəbərsiz itib və indi alimlər çaşqınlıq içərisindədir. Qarın ilk izləri (Yerdə həyatın olmasını göstərən “göstərici”lərdən biridir) Qırmızı Planetin atmosferində təxminən iyirmi il əvvəl aşkar edilir. Amma hazırda tədqiqatçılar bildirib ki, sputnik atmosferdə heç bir metan əlaməti aşkar etməyib. Bu məlumatlar təsdiqlənsə, onda alimlərin planetin dərinliklərində qaz püskürən bakteriyalar haqqındaki arzuları puç ola bilər.

Mars Express orbital aparatı ilk dəfə mars atmosferində metan əlamətini 2004-cü ildə aşkar edib. Amma o vaxt bəzi mütəxəssislər bəyan etdilər ki, orbital aparatın avadalığı etibarlı nəticənin əldə edilməsi üçün kifayət qədər həssas deyil. 10 il sonra Curiosity marsda gəzən robotu Geyl kraterininin araşdırılması zamanı metan izləri (təxminən 7 milyard pay) də aşkar etdi. Bir neçə il sonra astronomlar eyni roverin köməyi ilə kiçik mövsümi dövr aşkar etdilər ki, orada metanın ən yüksək göstəriciləri artıq 0,7 milyard pay səviyyəsində idi ki, bu da 10 dəfə az idi!

Bu sirri açmaq üçün EKA 2016-cı ildə Marsa TGO zondunu buraxdı. O iki həssas spektoqrafla - belçika sistemi NOMAD və rus sistemi ACS təchiz olunub ki, onlar hətta metanın ən aşağı tərkibini aşkar edə bilər. Hər iki cihaz mars atmosferinin horizontal kəsikləri analiz edirlər və alimlər iddia edirlər ki, onlar indiyə qədər də əla işləyir. İndi tədqiqatçılar tam çaşqınlıq içərisindədirlər: hətta indi məlumatlarda filtrlənməli olan çoxlu “küy”ün olmasına baxmayaraq tamamilə aşkardır ki, Marsın atmosferində heç bir metan yoxdur!

Curiosity komandası təxmin edirdi ki, metan tullantılarının dövri xarakterini planetin dərinlikdən (ola bilsin ki, təkcə geoloji deyil, həm də üzvi) olan mənbələr təmin edir. İndi bu fərziyyə daha çox dəlil əldə etdi - alimlər dəqiq bilirlər ki, metan xaricdən gəlmir. Daha bir müəmmalı vəziyyət var: astronomlar güman edirlər ki, hər il marsın atmosferinə komsik tozla birlikdə yüzlərlə ton üzvi maddələr düşür ki, onlar da yanaraq metanı formalaşdırlmalıdır. Sual budur - bütün bu nəhəng maddə kütləsi hara yox oldu?

Hələlik astronomlarda cavab yoxdur. TGO 2022-ci ilə qədər işləməyə davam edəcək, buna görə də bəşəriyyətin Marsın sirrini açması üçün kiçik də olsa şansı var. Bizə də Qırmızı planetin gələcəkdə daha hansı sirləri gətirib çıxaracağını sadəcə ehtimal etmək qalır.

 

Mənbə: Populyarnaya mexanika

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR