Marselo: "Zidanın klubdan ayrılması gözlənilməz oldu"
"Real"ın braziliyalı müdafiəçisi Marselo Zinəddin Zidanın klubdan ayrılmasına münasibət bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, Marselo ayrılığın onun üçün gözlənilməz olduğunu deyib: “Heç birimiz Zidanın baş məşqçi postundan gedəcəyini bilmirdik. Mənim üçün gözlənilməz oldu. Şok yaşadım. Ötən il həyatımın ən acı xəbəri bu oldu. Zidanla münasibətim əla idi. Hər gün danışırdıq. Məni müdafiə edirdi. Onun xətrinə klub üçün canımı qoyurdum. Hətta zədəli halda mübarizə aparmaqdan çəkinmirdim".
Qeyd edək ki, Marselonun "Yuventus"a keçəcəyi bildirilir. Turinlilərin hücumçusu Kriştiano Ronalda braziliyalı dostunu yanına gətirmək niyyəyindədir. Marselonun yayda "Real"dan ayrılacağı gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət