Slimfit
  1. KOSMOS

Marsda qədim çay məcraları aşkarlandı

Marsda qədim çay məcraları aşkarlandı
Sakura

Marsda qədim çay məcraları aşkarlandı

“Mars-ekspress” orbital stansiyası keçmişdə Qırmızı planetdə gur çaylar sisteminin şaxələnməsinin mövcudluğunu, hazırda Mars vadilərində qurumuş çay məcralarını görməyin mümkünlüyünü təsdiq edən dəlillər tapıblar.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Avropa Kosmik Agentliyinin planetlərarası stansiyası tərəfindən çəkilən fotoşəkillərdə Marsın səthindəki dərin qırışlar aydın görünür. Bu, onu sübut edir ki, planet heç də hər zaman Günəş tərəfindən yandırılmış daşlı səhra olmayıb.

Daha çox tədqiqatçı bu nəticəyə gəlir ki, keçmişdə Marsın atmosferi daha qalın və möhkəm olub. Bu, planetdə Günəş şüalarının yaratdığı istiliyin qarşısını almağa kömək edib və su axınlarının daim səthdə qalması üçün şərait yaradıb.

Ötən il məhz elə həmin “Mars-ekspress” Qırmızı planetdə maye suyu olan göl aşkarlamışdı. Eni 20 kilometr olan göl cənub qütbündə yerləşir və qalın buz qatı ilə örtülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR