Slimfit
  1. MARAQLI

Mars layihəsi: SpaceX nasist dahinin ideyalarını necə həyata keçirir

Mars layihəsi: SpaceX nasist dahinin ideyalarını necə həyata keçirir
Sakura

Mars layihəsi: SpaceX nasist dahinin ideyalarını necə həyata keçirir

Ens.az xəbər verir ki, keçmiş SS zabitinin planı vardı ki, çoxaylıq səyahətə on kosmik gəmi göndərilsin. O açıq şəkıldə bildirirdi ki, ilk dinc illərdə bunu etmək texniki baxımdan mümkündür. Lakin ABŞ hakimiyyətinə raketlər hələ də başqa məqsədlərə görə lazım idi.

Hər yeniyetməyə edilən hədiyyə bu teleskopla olduğu kimi uğurlu alınmır. Onların çoxu yaxınlıqdakı evin pəncərələrini araşdırmaqla kifayətlənərək. Hərçənd, bunu qismən başa düşmək olar: orada onlar üçün hər şey yenidir.

Ancaq belə şeylər kübar ailələrdə əlbəttə ki, qəbul edilmirdi. Xüsusilə möminlər cəmiyyətində.

Beləliklə, bir dəfə həm ailəsi, həm də ümumiyyətlə milli adət-ənənəsi baxımından Alman İmperiyasının layiqli övladı Protestant kilsəsinə getdi. Bu xaç suyuna salınmaq deyildi, bilincli olaraq etdiyi seçimin nümayişi idi. Və bu hadisənin şərəfinə anası oğluna Teleskop hədiyyə etdi. Sonradan raket və kosmik texnologiyanın əfsanəvi dizayneri bu hadisənin taleyini təyin edən məqam olduğunu dönə-dönə xatırlayacaqdı.

Oğlanın adı: Verner Magnus Maksimilian Frayxerr fon Braun idi. Yeri gəlmişkən, Frayxerr baron titulunun analoqu idi. Atası ərzaq və kənd təsərrüfatı naziri idi. 12 yaşında, bir çox həmyaşıdları kimi, avtomobillərlə maraqlanırdı, lakin onu sadələri deyil, raket mühərrikləri ilə təchiz olunmuşlar cəlb edirdi. 1920-ci illərdə belə maşınlar var idi - "Opel" onları buraxırdı.

Bu şəkildəki Vernerin kumirlərindən biri, raket texnologiyasının pionerlərindən və planetlərarası rabitə cəmiyyətinin qurucularından olan Maks Valledir. Foto 1930-cu ilin aprelində çəkilib. Burada Valle RAK-6 sürür. O, həmin il mayın 17-də uğursuz raket sınaqları zamanı həlak oldu.

Bu barədə sonra. Bundan bir neçə il əvvəl, haqqında danışdığımız cavan oğlan oyuncaq maşın aldı, ona müəyyən sayda partlayıcı bağladı və küçənin ortasında dürüst alman insanlarının qarşısında bunu sınadı. Nazir əlbətdə ki, dəcəl oğlunu götürmək üçün şəxsən polis bölməsinə şəxsən təşrif buyurmalı olmuşdu.

Təhsil aldığı ilk vaxtlarda gənc ixtiraçı fizika və riyaziyyatdan elə də yaxşı deyildi, amma motivasiya çox önəmli amildir. Nəticədə, o, Berlin Ali Texniki Məktəbinin tələbəsi adını qazanır və raket elminin patriarxı sayılan alman Yulius Obert ilə maye-propellant raketlərini sınaqdan keçirir. Sonra general-mayor Valter Dornberger özü kosmosa çata bilən ballistik raket hazırlamaq üçün onu bir tədqiqat qrupuna dəvət edir. Bu, onun üçün çox şərəfli, ən əsası isə maraqlı bir olay idi. Bir müddət sonra Hitlerin hakimiyyətə gəlməsi ilə bütün mülki raketqayırma işləri qapadıldı və yerinə hərbi istiqamət üzrə olanlar açılmağa başladı. Özü də elə açılmağa ki, yəqin heç vaxt unutmayacağıq... və bağışlamayacağıq.

Bəli, Verner fon Braun SS zabiti idi və 1943-cü ilin iyunundan etibarən o vaxt sturmbannfürer olmaqla yanaşı, sözsüz ki, faşist partiyasının - Nasional Sosialist Alman Fəhlə Partiyası (alm. Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP‎) üzvü idi

Partiyaya üzv olmaqdan imtina etməyim, bütün həyatımın işindən imtina etməyim demək idi - Verner fon Braun

Verner fon Braun, aprel 1941

İlk işi kimi Fau-2- ni yaratdı. "Qisas silahı" adı verilən bu raketin mərmisi səhvən İsveçə düşdü və onun bir neçə qalığı araşdırma üçün oradan ABŞ-a aparıldıqda hazırda şərəfinə Merilend Kosmik Uçuş Mərkəzi adlanan Amerika raket fiziki Robert Qoddard tərəfindən dərhal təsbit edildi. Alim dəhşətə gəldi: Almanlar Britaniyanı bombalamaq üçün onun konstruktor işlərini oğurlamışlar. Düzdür, Qoddard özü də əslində reaktiv qumbaraatan bazuka raket qurğusu ideyasını irəli sürmüşdü.

Fon Braun həmişə söyləyirdi ki, o bombardmanın əleyhinədir və əsas istəyi Kosmosla bağlıdır. Nasistlərin əlindən boş vaxt tapanda o, Marsa uçmaq barədə düşünürdü. Bir dəfə, o ehtiyatsızlıq edərək, yeri gəlmişkən, öz evində həmkarlarının əhatəsində kosmik gəmilərin inşası hsqqında danışır və ümumiyyətlə Vermaxtın tezliklə sonu olacağını deyir. Bu an onun yaxınlığında qadın diş həkimi dayanmışdı. Elə həmin qadın da mühəndisi iki həftəlik Gestapoda "səyahəti" ilə təmin etmişdi.

Onun nasistlərdən tam canını qurtarmaq arzusu sovet qoşunları Berlinə yaxınlaşdıqda üfüqdə görünməyə başladı. Almanların məğlubiyyətindən bir neçə gün əvvəl o, amerikalılarla işləmək arzusunu dilə gətirdi.

Amerikalılara təslim olduqdan sonra Verner Fon Braun, May 1945.

İnanırıq ki, bu cür silahları yalnız Müqəddəs Kitabın yolu ilə getməyə çağıran insanlara verməklə dünyanın ən yaxşı şəkildə qorunduğuna əmin ola bilərik, - Verner fon Braun

"Müqəddəs Kitabın yoluna çağıran insanlar" onu Texasa apardılar. Orada o, "rezin" toyuqla boğulurdu, amma sevdiyi işlə məşğul olmağa başladı. Düzdür, yenə də onu qitələrarası ballistik raket hazırlamağa məcbur etdilər, amma hər halda bu artıq Vermaxt deyildi. Amerika üçün peyk hazırladı və əgər o zamankı rəhbərlik daha yaxşı düşünsə idi, həmin peyk kosmosa Sovet peykindən daha əvvəl uça bilərdi. O, üç pilləli Yupiter-C raketi və nəhayət, amerikalıları aya aparan Saturn raketlərini hazırladı.

Ancaq bunların hamısı yalnız müqəddimə idi. Fon Braunun miqyası Ay orbitindən çox uzaqlara yayıldı.

"Das marsproject" (Mars proyekti)

Səhifəsi yüzdən bir az artıq olan bu broşürada onun qeyd eydiyi bəzi rəqəmlər və təsvirlər yer alıb. Onu 1952-ci ildə nəşr etmişdilər. Bir il sonra İngilis dilinə tərcümə edildi. Və daha bir heyrətləndirici fakt: ön sözdə bütün hesablamaların 1948-ci ildə edildiyi yazılmışdır.

"Mars layihəsi" nin hazırlanması zamanı əsas məqsəd o zaman mövcud olan texnologiyalar və nou-hau əsasında (1948-ci ildə) Marsa böyük bir ekspedisiyanın başlamasının mütləq texniki cəhətdən mümkün olduğunu nümayiş etdirmək idi.

"Das Marsproject"- in ön sözündən

Orada nə yazılıb? Deyilir: əvvəlcə orbitə uçmaq üçün 46 raket qurmalısan. Və onlar geri qayıdan olmalıdırlar. Tamamilə. İki pillə paraşütlərlə, daha biri "təyyarəyəvari", qanadlar vasitəsilə enəcəkdir. Beləliklə, onları dəfələrlə işə salmaq olar. Ümumilikdə səkkiz ayda 950 dəfə uçmaq lazımdır. Bütün bunlar üçün ümumi dəyəri 500 milyon dollar (əlbəttə, o vaxtkı kursla) beş milyon ton yanacaq sərf edəcəyimiz təxmin edilir. Bir tərəfdən nə dəhşət. Digər tərəfdən, qəti şəkildə desək, Berlin kanat yollarının beş il ərzində yediyi qədər.

Bu necə olur İlon Mask? Sən nəinki Sovet arxivində eşələnirmişsən, sən demə, həm də fon Braundan da köçürürmüşsən?

Beləliklə, Marsa nəzərdə tutulan uçuş üçün lazım olan hər şeyi orbitə buraxacağıq. Və birbaş orada-Marsda on kosmik gəmini toplamaq zəruridir. Onların Qoman traektoriyası üzrə Marsa göndərilmələri təklif edildi. Qoman- çünki bu treoktoriyanı 1925-ci ildə alman alimi Valter Qoman hesablamışdı. Əslində bunun üçün yaxınlıqdakı Yer orbitindən başlamaq lazımdır. Hesablama belədir: motorun köməyi ilə gəmiyə ən qısa, "ani" impuls verin və dərhal söndürün. Bunun sayəsində gəmi adi dairəsini tərk edəcək və cazibə zonasından çıxacaqdır. Ancaq hər halda yersiz qalmayacaq. Günəş ətrafında uzanmış elliptik orbitdə olacaq və heç bir mühərrik olmadan, sadəcə ətalət ilə uçmağa davam edəcək. Səkkiz ay boyunca bu şəkildə uçacaq və nəhayət Marsın orbitinin keçəcəyi yerə çatacaq. Və o anda, hesablamaya görə, Marsın özü artıq orada olmalı idi. Və elə bu an onun yanından ötüb keçməməsi üçün qısa bir impuls veririk və Mars qravitasiyasına əsir düşürük, yəni onun yoldaşlarının mehriban kollektivi içərisinə yerləşirik.

Burada hətta o da nəzərdə tutulur ki, hansısa nasazlıq yaranan kosmik kater uzun səfər zamanı digər gəmilər arasında hərəkət etməlidir. Bundan başqa astronavtların monotonluqdan dəli olmamaları və heç olmasa əhatəsində olanları- kompaniyasını dəyişdirə bilməsi üçün "kosmik gəmilər" də nəzərdə tutulurdu. Heyətin ümumi tərkibi ən azı 70 nəfər olmalıydı.

Fon Braunun düşündüyü kimi, üç gəmidə enmə modulu olmalıdır. Onlar Marsa qanadları vasitəsilə enəcəklər. Məsələ burasındadır ki, o zaman heç kim Mars atmosferinin çox seyrək olduğunu və bu şəkildə enmənin mümkünsüzlüyünü bilmirdi. Ümumiyyətlə, üç modul astronavtlarla birlikdə enir. Qırmızı Planetə təxminən 50 nəfərin çıxacağı nəzərdə tutulmuşdu. Onlar Marsda bir ildən çox qalacaqdılar və özləri ilə kifayət qədər yemək, su və oksigen ehtiyatı olmalı idi. Sonra toplanmış materiallar ilə birlikdə iki eniş moduluna oturub yenidən orbitə qalxacaq və oradan yeddi gəmiyə paylanacaqlar. Digər üç gəmi, enmə vasitələri ilə birlikdə Mars orbitində əbədi qalacaq. Və bir modul, başa düşdüyümüz kimi, suvenir olaraq səthdə dayanacaqdır.

Təbii ki, o vaxtdan ötən müddət ərzində bir çox yeni məlumatlar ortaya çıxdı və bütün bunlar nəzərə alınmaqla daim yenidən hesablamalar aparılır. Ancaq bu texniki bir məsələdir. Vacib olan həm də fikir, ideyadır. Fon Braun, 60-cı illərə qədər Amerikanı kosmik gücə çevirəndə hər şeyi hesablamışdı və "Das Marsproject"-in yeni bir versiyasını təqdim etmişdi: cəmi iki nüvə gəmisi. Biri - heyət üçün, ikincisi - yük. Bunun artıq 1980-ci illərdə həyata keçəcəyinə inanırdılar. Lakin o zaman Nikson hakimiyyətdə idi. O, isə daha çox şatllara üstünlük verdi, çünki onlardan casus peyklərini işə salmaq daha rahat idi.

"Mars Layihəsi" bu gün

İndi SpaceX-in əslində nə etdiyi daha da aydınlaşır. Bu "Das Marsproject"-dir. Starship-a nəzər salaq: böyükdən böyük və xüsusən də geri qayıtma funksiyası. Başqa sözlə, orbitə qalxmaq və geriyə uçmaq. Birinci mərhələ - daşıyıcı - kosmosda ayrılır və şaquli olaraq üzən platformada oturur, "yuxarı hissə" faydalı yükü təyinat yerinə gətirir, orada lazım olanlara qoşulur, boşalır və geri uçur. Bununla yanaşı, təyyarəyə bənzəməyərək havada "asılıır". Ancaq əslində, bütün bu layihənin məhz Fon Braun tərəfindən planlaşdırılan ilkin raketin 46 elementini əvəz etməklə yaradıldığını demək daha düzdür. Layihəyə görə, Marsa uçmaq üçün orbitdə gözləyən bir gəmini doldurmaq üçün beş dəfə geri və irəli uçması kifayətdir.

Tipik olan bir şey də var ki, SpaceX planetlərarası nəqliyyat sistemi də hər halda yarı elliptik, yəni Qoman traektoriyasına əsaslanan sistem üzrə çalışacaqdır. Fərq uçuş müddəti ilə bağlıdır, bu vaxt yarıbayarı - 115 günə endirilib. Astronavtlar ilk dəfə Marsı gəzərkən, Starship Mars buzundan yanacaq üçün hidrogen almalı olacaq (bu isə orada da var) və sonra mühərriklərində, daşıyıcı olmadan işə başlaya biləcək. Çünki oradakı cazibə Yerdəki qədər güclü deyil. Bir sözlə fon Braunun hərfbəhərif yazdığı kimi. İndi ən vacib bir şey qalır: İlon Maskı Pentaqon ələ alaraq sırf hərbi hədəflərə yönəltməsin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR