Dərc edildi: Baxış sayı: 440
Marneulinin 8 kəndi içməli su ilə təmin olunacaq
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda içməli su sistemi şəbəkəsinin qurulması istiqamətində genişmiqyaslı infrastruktur layihə həyata keçirilir.
Ens.az xəbər verir ki, “Report”un yerli bürosu xəbər verir ki, işlər ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin tövsiyələrinə uyğun aparılır.
Layihənin başa çatdırılmasından sonra Marneulinin Algeti, Kütlər və Kəpənəkçi kimi üç böyük – inzibati ərazi vahidliyinə daxil olan 8 kənd üzrə 19 107 abunəçi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaq.
Layihə mərkəzi və yerli büdcədən maliyyələşdirilir və dəyəri 2 677 520 lari təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət