Marneulidə koronavirusun yayılma riski azalıb
“Son 11-12 gün ərzində Marneulidə koronavirusun yayılması riski üzə çıxmayıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu rayonun icra başçısı Zaur Darğallı brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən gün Marneulinin Maradisi kəndində koronavirusa bir yoluxma halı təsdiqlənib: “Həmin şəxs bütün kənd sakinləri kimi özünütəcrid rejimində olub. O, heç kəslə təmasda olmayıb”.
Z.Darğallı qeyd edib ki, son göstəricilər rahatlanmağa əsas verməməlidir: “Bütün vətəndaşlar gündəlik olaraq müvafiq tövsiyələrə əməl etməlidirlər. Hamı anlamalıdır ki, bütün məhdudiyyətlər və qaydalar ilk növbədə onların sağlamlğı və təhlükəsizliyi üçün tətbiq olunur”.
Qeyd edək ki, indiyədək Marneulidə COVID-19 infeksiyasına 16 nəfər yoluxub. Onların 7-si artıq tam sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət