Dərc edildi: Baxış sayı: 398
Mark Zukerberq üçüncü dəfə qız atası oldu: “Xoş gəldin, Aurelia
“Meta” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və onun 38 yaşlı həyat yoldaşı Prisilla Çanın üçüncü övladları dünyaya gəlib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Mark Zukerberq bu barədə öz “İnstagram” hesabında paylaşım edib.
O bildirib ki, üçüncü övladları olan qızlarına Aurelia Çan Zukerberq adını veriblər.
“Dünyaya xoş gəldin, Aurelia Çan Zukerberq. Sən kiçik bir nemətsən”, - deyə Zukerberq qeyd edib.
Xatırladaq ki, Mark və Prisillanın həmçinin yeddi yaşlı Maksima və beş yaşlı Avqusta adlı qızları var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət