Slimfit
  1. AZƏRBAYCAN

Mariya Zaxarova: "Qarabağ münaqişəsi çox sayda günahsız insana ölüm və əziyyət gətirib"

Mariya Zaxarova: "Qarabağ münaqişəsi çox sayda günahsız insana ölüm və əziyyət gətirib"
Sakura

Mariya Zaxarova: "Qarabağ münaqişəsi çox sayda günahsız insana ölüm və əziyyət gətirib"

 Rusiya bundan sonra da Dağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə nizamlanması məsələsinə xüsusi diqqət ayırmağa davam edəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Dəhşətli və qanlı Qarabağ münaqişəsi çox sayda günahsız insana ölüm və əziyyət gətirib... Rusiya bunu həmişə böyük faciə hesab edib və hesab etməkdə də davam edir", - M.Zaxarova deyib.

Onun sözlərinə görə, bu münaqişədə Rusiyanın mövqeyi məlumdur: "Ölkəmiz bu münaqişənin sülh yolu ilə həllində tərəflərə kömək etmək üçün çox böyük, qətiyyətli səylər göstərir. Bu bölgədəki siyasətimizin və bu istiqamətdə Rusiya kursunun formalaşmasına yanaşmalar kontekstində buna xüsusi diqqət ayırmağa davam edəcəyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR