Slimfit
  1. CƏMİYYƏT

Mariya Zaxarova: Mən Bakını çox sevirəm

Mariya Zaxarova: Mən Bakını çox sevirəm
Sakura

Mariya Zaxarova: Mən Bakını çox sevirəm

Bakıya yenidən gəlişimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oldum.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın TASS agentliyinin jurnalisti Səadət Kadırovanın “kadyrova.online” “YouTube” kanalında yayımlanan “Meçtı sbıvayutsya” (“Arzular gerçəkləşir”) adlı müəllif verilişində ötən ilin yayında Bakıya səfəri, “Jara” festivalının açılışında iştirakı barədə təəssüratlarını bölüşərkən deyib.

Bakıda çox yaxşı qarşılandığını qeyd edən M.Zaxarova deyib: “Gözəl qarşılandım. Bu, çox xoşuma gəldi. Mən bu şəhəri çox sevirəm. Hesab edirəm ki, bu şəhəri açıq səma altında muzeyə çeviriblər. Mən müasir Bakını təxminən altı il bundan əvvəl görmüşdüm və buraya yenidən gəlişimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oldum. Neftin qiymətlərinin aşağı düşdüyü bir vaxtda Azərbaycanın turizmə sərmayə yatırması əhəmiyyətli rol oynadı”.

M.Zaxarova, həmçinin Bakıda Xalça Muzeyini ziyarət etməsindən danışıb. O deyib: “Sən hər regionun öz xalçaçılıq məktəbinin olduğunu və bu məktəbin qorunub saxlandığını görürsən. Bu, fantastikadır”.

M.Zaxarova Azərbaycan mətbəxi barədə də fikirlərini bildirib. O, günəşin, dənizin və mətbəxin - Azərbaycanda hər şeyin onun xoşuna gəldiyini qeyd edib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR