Slimfit
  1. İDMAN

Mariya Stadnik finalda uduzdu - dünya çempionatı

Mariya Stadnik finalda uduzdu - dünya çempionatı
Sakura

Mariya Stadnik finalda uduzdu - dünya çempionatı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Qol.az-ın məlumatına görə,  yarışın 6-cı günündə qadınlardan ibarət Azərbaycan yığmasının 4 üzvündən 3-ü təsəlliverici görüşə, 1-i isə final oyununa çıxıb..

 

İlk olaraq 62 kq-da mübarizə aparan Elmira Qəmbərova bürünc medal uğrunda yarışıb. Linqlinq Bao (Çin) ilə qarşılaşan güləşçimiz uduzub - 2:6.

1/8 finalda məğlub olduğu Çin idmançısı Ninqninq Ronq finala çıxdığı üçün  təsəlliverici görüşdə iştirak etmək hüququ qazanan güləşçimiz Alyona Kolesnik (57 kq) isə Puca Danda (Hindistan) ilə yarışıb və məğlub olub - 3:8.

Anjela Doroqan (53 kq) bürünc medal uğrunda görüşdə Ulduz Eşimova (Qazaxıstan) ilə qarşılaşıb və uduzaraq (3:5) bürünc medal şansını itirib.

Dünən finala vəsiqə qazanan qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) isə bu gün həlledici görüşdə Yaponiya güləşçisi Yui Susaki  ilə mübarizə aparıb. Görüş yaponiyalı idmançının 10:0 hesablı qələbəsi ilə başa çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR